“Statkom” yumurtanın ucuzlaşdığını açıqladı
Bizi izləyin

Ekopublika.az

“Statkom” yumurtanın ucuzlaşdığını açıqladı

2014-cü ilin avqust ayında ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri, o cümlədən qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalmış, ərzaq məhsullarının qiymətləri isə 0,1 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Publika.az-a bildirilib ki, ay ərzində qarabaşaq yarmasının, toyuq ətinin, yumurtanın, balıq məhsullarının, günəbaxan yağının, almanın, armudun, gavalının, şaftalının, üzümün, bibərin, badımcanın, balqabağın, soğanın qiymətlərində ucuzlaşma baş verib. Düyünün, unun, qoyun ətinin, südün, kərə yağının, limonun, bananın, fındığın, qozun, şabalıdın, kələmin, göyərtinin, xiyarın, göy lobyanın, kökün, çuğundurun, sarımsağın, kartofun, şəkər və şəkər tozunun qiymətlərində isə bahalaşma müşahidə olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm