Hesablama Palatası rayon icra hakimiyyətlərini yoxlayacaq
Bizi izləyin

Ekopublika.az

Hesablama Palatası rayon icra hakimiyyətlərini yoxlayacaq

Hesablama Palatası dövlət əsaslı vəsait qoyuluşundan 2011-2013-cü illər və 2014-cü ilin birinci yarımili üzrə Masallı Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi, eləcə də dövlət büdcəsindən Azərbaycanın İspaniya Krallığındakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrası ilə bağlı həyata keçirilən audit tədbirlərinin nəticələrini müzakirə edib.

Publika.az xəbər verir ki, nüvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün sənədin Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiyada, eyni zamanda, dövlət büdcəsindən Qazax Mərkəzi Rayon Xəstəxanası üzrə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, Kürdəmir Rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından və Ağdaş rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramları müzakirə edilərək təsdiq edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm