Ölkədə nə qədər işsiz gənc var?
Bizi izləyin

Ekopublika.az

Ölkədə nə qədər işsiz gənc var?

2013-cü ildə “Əhalinin iqtisadi fəallığına dair” keçirilən müayinələrin yekunlarına əsasən 15–29 yaşlı gənclərin 1239,8 min nəfəri iqtisadi fəal olub. Onların 1116,8 min nəfəri iqtisadi əmək fəaliyyəti ilə məşğuldur.

Publika.az xəbər verir ki, ötən il məşğul əhalinin sayı 4521,2 nəfər təşkil edib. Onlardan 1116,8 nəfəri 15-29 yaşlı gənclər, 81,4 min nəfəri 15-19 yaşlı gəncləri, 416,0 min nəfəri 20-24 yaşında gənclər, 619,4 min nəfəri 25-29 yaşlı gənclər olub.

Əmək fəaliyyəti ilə məşğul olan gənclər arasında qadınlara (523 min nəfər) nisbətən kişilər (593,8 min nəfər) üstünlük təşkil etmişdir. Müayinənin yekunlarına görə, 15-29 yaşlı gənclər arasında işsiz gənclərin sayı 123,0 min nəfər olub. O cümlədən kişilər arasında 52,6 min nəfər, qadınlar arasında isə 70,4 min nəfər təşkil edib. Ümumilikdə 2013-cü ildə ölkəfə 236,6 min nəfər işsiz qeydə alınıb.

15-19 yaşlılar arasında işsizlərin sayı 15,4 min nəfər, 20-24 yaşlılar arasında 63,8 min nəfər, 25-29 yaşlılar arasında 43,8 min nəfər olub.

2013-cü il üzrə 15–29 yaşlı məşğul olan 1116,8 min gənclərin 22,3 faizi ali, 12,1 faizi orta ixtisas, 4,5 faizi ilk peşə–ixtisas, 49,7 faizi tam orta, 11,2 faizi ümumi orta və 0,2 faizi ibtidai təhsilə malikdirlər. 2013-cü il üzrə 15-29 yaşlı 123,0 min nəfər işsiz gənclər 14,3 faizi ali, 10,5 faizi orta ixtisas, 2,1 faizi ilk peşə–ixtisas, 61,9 faizi tam orta, 11,1 faizi ümumi orta və 0,1 faizi ibtidai təhsilə malik olub. 2013-cü ilin sonuna məşğulluq xidmətləri tərəfindən işə düzəldilmiş gənclərin sayı 11,7 min nəfər və işsiz statusu olanların sayı 17,7 min nəfər təşkil edib.

Həm məşğul, həm də işsiz sayılmayan 15 və yuxarı yaşda olan şəxslərin, yəni iqtisadi qeyri-fəal əhaliyə aid edilən əhalinin tərkibində gənclərin xüsusi çəkisi 2012-ci ildə 55,9 faiz, 2013-cü ildə isə 53,3 faiz olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm