BTC ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub
Bizi izləyin

Ekopublika.az

BTC ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub

Avqust ayında BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub.

Dövlət Neft Şirkətindən Publika.az-a verilən məlumata görə, avqust ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 475 min 365 ton Azərbaycan nefti nəql edilib. Cari ilin yanvar- avqust aylarında bu kəmərlə 19 milyon 570 min 007 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il sentyabr ayının 1-ə qədər BTC-yə 254 milyon 886 min 511 ton neft vurulub.

Bundan başqa, cari ilin avqust ayında BTC kəməri ilə ümumilikdə 486 min 320 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

Şirkətdən o da deyilir ki, avqust ayı ərzində 2 milyon 214 min 981 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 976 min 809 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib). Cari ilin yanvar- avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 19 milyon 34 min 448 ton olub.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 252 milyon 178 min 362 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm