Əhali dükan-bazarlarda 13,6 milyard manat xərcləyib
Bizi izləyin

Ekopublika.az

Əhali dükan-bazarlarda 13,6 milyard manat xərcləyib

Yanvar-avqust aylarında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 13,6 milyard manatlıq əmtəə satılıb.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz çox olub. İstehlak mallarının 50,3 faizini qida məhsulları, içkilər və tütün məmulatları, 49,7 faizini qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,4 faiz artıb.

Cari ilin səkkiz ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-avqust aylarına nisbətən 6,9 faiz artaraq 1,7 milyon manat təşkil edib. Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 78,4 faizini hüquqi, 21,6 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 88,9 faizini qeyri-ərzaq malları təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm