MDB ölkələrinə uçuşlar 5 faiz bahalaşıb
Bizi izləyin

Ekopublika.az

MDB ölkələrinə uçuşlar 5 faiz bahalaşıb

Nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2 faiz, sərnişindaşıma tarifləri isə 0,9 faiz ucuzlaşıb.

Publika.az xəbər verir ki, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 4,2 faiz bahalaşma, digər xarici ölkələr üzrə isə 11,8 faiz ucuzlaşma müşahidə olunub.

Avqust ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,9 faiz ucuzlaşıb, dəniz nəqliyyatı vasitəsilə digər xarici ölkələrə yükdaşıma tarifləri isə 4,3 faiz bahalaşıb.

Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri üzrə avqust ayında heç bir dəyişiklik müşahidə olunmayıb.

İqtisadiyyat

Oxumağa davam et
Reklam
Reklam

Gündəm