Rusiya və Çin təyyarə istehsal edəcək
Bizi izləyin

Ekopublika.az

Rusiya və Çin təyyarə istehsal edəcək

Asiyanın iki böyük iqtisadiyyat nəhəngi Rusiya və Çin əməkdaşlığı artırır.

Publika.az xəbər verir ki, bir müddət əvvəl iki ölkə arasında milyard dollarlıq qaz razılaşması imzalanıb. Moskvanın açıqlamasına görə, Pekin ilə ortaq şəkildə “Sukhoi” adlı uzun mənzilli sərnişin təyyarəsi istehsal ediləcək.

Razılaşmanın gələn ay imzalanması gözlənilir. Bu arada Rusiyanın baş naziri Dimitri Medvedev ölkəsinin yerli təyyarə istehsalına önəm verdiyini bildirib.

Ukrayna böhranının təsirlərini aradan qaldırmaq istəyən Kreml kürəyini Pekinə söykəməklə müddəti mümkün olduğu qədər az zərərlə sovuşdurmağa cəhd edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm