Rusiya və Avropa arasındakı münaqişə Orta Şərq ölkələrinə sərf edir
Bizi izləyin

Ekopublika.az

Rusiya və Avropa arasındakı münaqişə Orta Şərq ölkələrinə sərf edir

Qida məhsulları üzrə Avropa Birliyinin (AB) ən böyük ikinci müştərisi Rusiyanın embarqo qərarı öz təsirini göstərməkdədir.

Publika.az xəbər verir ki, qərar Polşa və İspaniya kimi ölkələrə daha böyük miqyasda təsir edib. Ekspertlərə görə, İspaniya əhəmiyyətli dərəcədə pul itirəcək. Sanksiyalar ən çox fermerlərə təsir edəcək, gəlirləri düşəcək.

Rusiyanın sanksiyalarına daxil olmayan Misir və Morokko kimi ölkələrin istehsalçılarına isə yeni fürsətlər doğub. Maliyyə cəbhəsinə gəlincə, Rusiya dövlət banklarına Avropanın sərmayə bazarlarında uzun vədəli maliyyə əməliyyatlarına maneə törədilməsi Orta Şərq ölkələrinə sərfəli oldu. Yalnız avqust ayında Misir birjasında 7 faizlik, Dubayda təxminən 5 faizlik artım baş verib.

Enerjidə isə, rus qazının ixracı ilə bağlı sanksiyalar yoldadır. Rusiya Avropanı soyuqdan dondura bilər. Ancaq qaz və neft gəlirlərindən formalaşan federal büdcə bunun nəticəsində ağır zərbə alacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm