Ekopublika.az
Nazir Aİ komissarı ilə görüşdü
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin energetika nazirlərinin IV qeyri-rəsmi dialoq görüşündə iştirak etmək məqsədilə Bakıda səfərdə olan Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Aİ arasında əlaqələrin uğurla davam etdiyini, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş olduğunu və enerji sahəsində bir sıra layihələrin həyata keçirildiyini vurğulayıb: "Azərbaycan və Avropa İttifaqı arasında hüquqi bazanın yeniləşdirilməsi istiqamətində də işlər davam etdirilir. Bu ilin sentyabrın 1-dən etibarən Aİ ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya sazişləri qüvvəyə minib". Görüşdə Azərbaycan iqtisadiyyatına, ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlara dair məlumatlar qonaqların diqqətinə çatdırılıb.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional əməkdaşlığın inkişafına, regionun potensialının tam reallaşdırılmasına ciddi maneə olduğunu vurğulayıb.Ş.Füle Azərbaycanda gedən sosial-iqtisadi inkişafı müsbət qiymətləndirib və Avropa İttifaqının ölkəmizlə əlaqələrin inkişafına önəm verdiyini qeyd edib.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL