Rusiyadan çıxarılan pullar hansı ölkələrə yerləşdirilib?
Bizi izləyin

Ekopublika.az

Rusiyadan çıxarılan pullar hansı ölkələrə yerləşdirilib?

İlin birinci rübündə Rusiyadan xaricə 13,1 milyard dollar pul çıxarılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 40 faiz artıb.

Publika.az xəbər verir ki, ikinci rübdə isə ölkə vətəndaşlarının transfertləri 10 milyard dollar olub. Pullar xüsusilə İsveçrə banklarına köçürülüb. Birinci rübdə İsveçrəyə 3,3 milyard dollar transfert edilib. Hansı ki bu rəqəm 2013-cü ilin yanvar-mart aylarında 1, milyard dollar olub. Onu da bildirək ki, İsveçrə Avropa Birliyinə daxil deyil. Eləcə də Rusiyaya qarşı sanksiyalara qoşulmayıb.

Yanvar-mart aylarında rusların ABŞ-a köçürmələri demək olar ki 2 fədə artıb. Əgər 2013-cü ilin birinci rübündə rusların transfertlərinin həcmi 587 milyon dollar olmuşdusa, 2014-cü ilin müvafiq dövründə bu rəqəm 1,1 milyard dollar olub. Böyük Britaniyaya köçürmələr 867 milyon dollar (+62 faiz), Avstriyaya 688 milyon dollar (+226 faiz),Almaniyaya 671 milyon dollar (+24 faiz), Çinə 542 milyon dollar (+20) təşkil edib. Bu köçürmələrdə MDB ölkələrinin vətəndaşlarının transfertləri 3,6 milyard dollar 5% azalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm