Paytaxtda hər kv.m-ə görə kirayə haqqı 12 dollara qalxıb - Açıqlama
Bizi izləyin

Ekopublika.az

Paytaxtda hər kv.m-ə görə kirayə haqqı 12 dollara qalxıb - Açıqlama

İyul ayında kirayə mənzil bazarında təklifin həcmi - 4,3% azalaraq 178 mənzil təşkil edib. Təklif portfelində azalmanın əsas səbəbini əksər mənzil sahiblərinin mənzilin uzunmüddətli kirayə verilməsi üçün tələbə mövsümünü gözləməsi ilə bağlı olub.

Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Nüsrət İbrahimov deyir ki, ay ərzində, xüsusən də təklif portfelində daha çox baha qiymətə olan evlərin payının azalması həmin seqmentə tələbin aşağı olması ilə bağlı olub: “İyul ayı ərzində təklif portfelinin strukturunda da dəyişiklik qeydə alınıb. Bahalı evlərin, xüsusən də aylıq kirayə qiymətləri 1000$-dan yuxarı olan mənzillərin 80-85%-i mərkəzi rayonlarda, yəni I və II zonalarda təklif edilib. Qalan 15-20%-in mütləq hissəsini isə şəhərin III və IV zonalarında yerləşən mənzillər təşkil edib. Təklif portfelinin strukturunda uğun dəyişiklik otaq sayında da müşahidə edilib. İyul ayında bahalı mənzillərin qiymətində və sayında azalma müşahidə edilib. Portfel strukturunda və qiymətlərdə belə dəyişiklik, bazarda yaranmış yaz-yay fəslinə xas olan durğunluğun nəticəsidir”.

Onun sözlərinə görə, təklif portfelinin zonalar üzrə bölgüsündə II zonadan fərqli olaraq I və III zonalarda artm müşahidə edilib: “Mənzil kirayə bazarında qiymətlər tələbə uyğun dəyişib. Əgər ötən ilin iyul ayında kirayə mənzil bazarında orta qiymət 713 $/mənzil və ya 10.6$/kv.m təşkil edirdisə, 2014-cü ilin müvafiq ayında qiymət 693 $/mənzil və ya 12.03 $/kv.m təşkil edib. Rəqəmlərdən də göründüyü kimi, il ərzində mənzilin kirayə qiymətində -10,58% azalma, 1 kv.m sahənin kirayə qiymətində isə 0,67% artım olub. Hesabat ayında kirayə verilən evlərin qiymətində azalma kirayə verilən evlərin sahəsinin az olması ilə izah edilir.

2014-cü ilin iyul ayında kirayə mənzil bazarında aktivliyin azalması nəticəsində qiymətlər 775 $/mənzil-dən -10,58% azalaraq 693 $/mənzil, bazarda əməliyyatların sayı isə 170-dən 1,76% artaraq 174 ədəd təşkil edib. Hər kv.m-ə görə isə kirayə haqqı 0,67% artaraq 11.95 $/kv.m-dən 12.03 $/kv.m-ə qalxıb. Lakin, nəzərə alsaq ki, iyul ayında bazara təklif edilən kirayə mənzillərin ümumi sahəsində azalma qeydə alınıb, o zaman hər kv.m-ə görə qeyd edilən artmanı normal hesab etmək olar. İyul ayında tələb portfelində bahalı evlərin (aylıq kirayə haqqı 1000$-dan yuxarı) payı -17,5% azalaraq 18,5%, ucuz evlərin (aylıq kirayə haqqı 500$-a qədər) payı isə 28,6% artaraq 40.4% olub, orta qiymətə kirayə evlərinin payı isə uyğun olaraq -18,9% azalaraq 41,0% təşkil edib”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm