Sənayenin təsərrüfat subyektləri necə işləyib?
Bizi izləyin

Ekopublika.az

Sənayenin təsərrüfat subyektləri necə işləyib?

Yanvar-avqust aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 22,6 milyard manatlıq məhsul istehsal olunub.

Publika.az xəbər verir ki, sənaye məhsulunun 72,1 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 28,6 milyon ton neft, 12,3 milyard kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 22,0 faizi olub. Qida, geyim, tütün məmulatlarının, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilib. İstehsal olunan sənaye məhsulunun 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşüb.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-avqust aylarının səviyyəsini 5,4 faiz üstələyib. Neft-qaz sektorunda isə 2,4 faiz azalıb. Ümumi sənaye istehsalının 93,2 faizi malların (əmtəələrin), 6,8 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb. Məhsulun 80,7 faizi özəl bölmədə istehsal olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm