• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Rusiyanın neft şirkətləri Avropadan borc ala bilməyəcək

Rusiyanın neft şirkətləri Avropadan borc ala bilməyəcək

Avropa Birliyi və Amerikanın sanksiyalarından təsirlənən Rusiyanın ən böyük neft şirkəti “Rosneft”də böhran daha da dərinləşir.

Publika.az xəbər verir ki, şirkətin növbəti aydan etibarən minə qədər işçisini işdən çıxaracaq. Eləcə də şirkətin neft istehsalında da eniş baş verəcək. Avropa Birliyinin bu həftə qüvvəyə minəcək yeni sanksiyaları isə “Rosneft” başda olmaqla Rusiyanın digər neft şirkətlərinin Avropadan borc almasını çətinləşdirəcək.

Şirkət fəaliyyət və sərmayələrini davam etdirə bilmək üçün Rusiya Milli Rifah Fondundan 40 milyard dollar dəstək tələb edib. Baş nazir Dimitri Medvedev ölkəyə iqtisadi əhəmiyyətli qatqıları olan “Rosneft”ə maliyyə kömək mövzusuna yaşıl işıq yandırıb. Ancaq bu mövzuda son sözü Kremlin rəhbəri Vladimir Putin söyləyəcək.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR