İxtisarlar ARDNŞ-ə nə verəcək?
Bizi izləyin

Ekopublika.az

İxtisarlar ARDNŞ-ə nə verəcək?

İxtisarlar ARDNŞ-ə nə verəcək?

Son zamanlarda neftlə bağlı müəyyən məsələlər ortaya çıxır.

Məsələn, ARDNŞ –da baş verən ixtisarlar, Neft hasilatının azalması, bu il nə qədər neft gəlirləri nə qədər azalacaq və s. Bütün bu suallara İqtisadçı – ekspert İlham Şaban cavablandırıb.

Bp, “Azər Çıraq Günəşli” də hasilatının azalacağını açıqlayıb. Bunun təsirləri nədən ibarət olacaq?

- 2014 –cü ildə 2 böyük platforma planlaşdırılıb. Mərkəzi və Qərbi Azəri platformaları. Bu platformalar 2005 – 2006 –cı illərdə tikilib.

1 –cisi təhlükəsizlik işləri ilə əlaqədardır. 2-cisi isə, aradan 9 il vaxt keçməsidir. Həmən dövrdə bir sıra yeniliklər ortaya çıxıb. Platformaların təsdiq edilməsi, hasilatda avtomatik sistemlərin və yeniliklərin tətbiqi daha optimallaşar. Bunun nəticəsində hasilat, neftin emalı, onun sahilə nəql edilməsi sistemi daha təhlükəsiz rejimdə həyata keçirilə bilər.

Çünki, Meksika körfəzindəki hadisədən sonra, hasilatın təhlükəsizlik sistemlərinə daha çox diqqət ayrılıb. Bu isə hasilatın işləri ləngidir. Ancaq, uzun müddət təhlükəsiz rejimdə hasilatı davam etdirmək olar. 1997 –ci ilin Noyabr ayından “Azəri Çıraq Günəşli”də hasilat davam edir . 2014 –cü il yanvarın 1 –dək, 2,3 milyard barel neft hasil edilib. Bu isə, böyük bir fövqəladə haldır. Yəni, dənizə daha çox neft tullantısı baş verib. Bütün bunlar onun nəticəsidir ki, mütamadi olaraq “Bp” daha dörd platformada moderinzasiya işləri aparır.

Təqribən 3 həftədən bir platformada hasilat dayanır.

- Azərbaycanda neft gəlirlərinin bu il də azalacağı gözlənilir?

Neft gəlirləri 2011 –ci ildən azalıb. Artıq proqnozlarda da göstərilib ki, bu il Azərbaycanda neft gəlirləri azalacaq. Çünki, hasilat azalır. Hasilat azalarsa ixracda azalar. İxrac azalarsa neft gəlirləri azalar.

Gələn xəbərlərə görə, ARDNŞ –da ixtisarlar durmadan artır. İxtisarların bir səbəbi azalan neft gəlirləri ola bilər?

Heç bir aidiyatı yoxdur.

ARDNŞ- ın hasilatına baxsaq görərik ki, hasilat stabildir. İxtisarlar şirkətin strukturunun optimallaşması ilə bağlıdır. 2009 –cu ildə “Azəriqaz “ ARDNŞ –a birləşdirilib. 2012 –ci ildə dövlət proqramı çərçivəsində Azərbaycanın qazlaşdırılmasının 95% -ə çatdırılması ilə bağlı ARDNŞ 1milyarddan artıq layihənin gerçəkləşdirilməsinə başlayıb.

Hazırda isə bu işlərin 80% -i həyata keçirilib. Bunun üçün, ixtisarlar baş verir. Çünki, bu iş daimi iş deyil. -Yanacağın qiymətinin qalxmasından 2 aydan çox zaman keçir.

Neft Şirkəti sizcə qaz vurub qazan doldura bilib?

Qiymətlər qalxsa belə ARDNŞ –ın cibinə 1qəpik getmir.

Çünki, qalxan hissə tətbiq edilən aksizin hesabına oldu. Aksizin isə dövlət tərəfindən tətbiq edilən verginin bir növüdür. Yəni, qiymətlərin qalxması bir başa vergi şəklində dövlətin cibinə gedir. Bunun nəticəsində, dövlət özünün gəlirini artırdı. Yanacağın qiymətinin artması, yanacağa olan tələbatı azaldır.

Məsələn, sən yanacağa ayda 100 manat xərcləyirdin. İndi həmən intensivliklə avtomobili idarə etsən, 130 manat xərcləyəcəksən. İmkanın varsa 130 manat verməyə onda idarə edərsən. Əgər imkanın yoxdursa 130 manatı verməyə, onda avtomobildən istifadə intensivliyini azaldırsan.

Oder Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm