Neftin qiyməti 100 dollardan aşağı düşdü
Bizi izləyin

Ekopublika.az

Neftin qiyməti 100 dollardan aşağı düşdü

Qlobal böhran və müharibələrə baxmayaraq artan istehsal və azalan tələb neftin qiymətini 100 dollardan aşağı salıb. Beləliklə “qara qızıl” 16 ayın ən aşağı səviyyəsinə geriləmiş olub.

Publika.Az xəbər verir ki, keçən ilin iyun ayında bareli 115 dolları olan neftin qiyməti o tarixdən bu yana 14 faiz nisbətində düşüb.

Bu ilin yanvar ayında 104.71 dollar olan OPEC-in səbət barel qiyməti iyun ayında 107.89 dollar təşkil edib. Sentyabr ayında isə qiymət 98.46 dollara düşüb.

Yaranmış vəziyyəti ekspertlər belə şərh edirlər: "Artan neft istehsalı qiymətlər üzərində aşağı istiqamətli təzyiqi davam etdirəcək. Başda İraq olmaqla yaz aylarından etibarən geopolitik risklər düşməyə başlayıb.

Neftin qiymətinin düşməsi istehlakçıların üzünü güldürür. Lakin vəziyyət uzun müddət bu şəkildə davam etməyəcək. Çünki Səudiyyə Ərəbistanı keçən ay gündəlik neft istehsalını 400 min vedrəyə çəkəcəyini açıqlayıb”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm