Əmək müqaviləsinin elektron ünvanı
Bizi izləyin

Ekopublika.az

Əmək müqaviləsinin elektron ünvanı

Əmək müqaviləsinin elektron ünvanı

Bundan sonra əmək münasibətləri əmək müqaviləsi bağlandığı andan yaranmayacaq. Yəni əmək münasibətləri, işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranacaq.

Bununla bağlı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli qanuna əsasən, Əmək Məcəlləsində müvafiq dəyişikliklər edilib. Qeyd olunan Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanı imzalayıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayevkeçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, “Fərmanın tətbiqi ilə əlaqədar müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müəyyən tapşırıqlar verilib. Tapşırığa əsasən, qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydaların bir ay müddətində hazırlanması nəzərdə tutulub. Dəyişikliyə əsasən əmək qanunvericiliyinə, əmək müqaviləsi anlayışı daxil edilib.

Əmək müqaviləsi - əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilən elektron sənəddir. İ.İsayev qeyd edib ki, əmək müqaviləsi, Əmək Məcəlləsinin 49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Xidmət rəisi vurğulayıb ki, bu dəyişikliklərdən sonra, işəgötürənlər əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidirlər. “Bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumatın göndərilməsi nəzərdə tutulub”.

İ.İsayev nəzərə çatdırıb ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, əmək müqaviləsində göstərilən şərtlər və məlumatlar da geniş formada olmalıdır.

Bundan sonra, müqavilədə işçi barədə məlumatlara, onun şəxsiyyətini təsdiq edən sənədin pin kodu barədə məlumatların da əlavə edilməsi tələb olunacaq.

Eyni zamanda, sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), şəxsiyyətini təsdiq edən sənədin pin kodu barədə məlumatların da göstərilməsi tələb olunacaq.

Göstərilən əlavə məlumatlar, əmək müqaviləsi bildirişlərnin işəgötürənlər tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilməsini asanlaşdıracaq. Xidmət rəisi vurğulayıb ki, edilmiş dəyişikliklər əmək hüquqlarının müdafiəsini təmin etməyə və qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınması hədəflənib.

Bununla da, hər iki tərəf əmək müqavilələri ilə üzərində götürdükləri öhdəlikləri yerinə yetirmək məcburiyyətində qalacaqdır: “Əmək müqaviləsi bildirişləri işçilər üçün ilk növbədə əmək hüquqlarının və təminat hüquqlarının müdafiəsinin təminat formasıdır.

Bu sənəd vasitəsilə işçilərdə göstərilən hüquqların icrasını işəgötürəndən tələb etmək imkanı yaranır. Bu sənəd vasitəsilə işəgötürənlər işçilərlə münasibətdə əmək müqaviləsində razılaşdırılmış şərtlərin şəffaf şəkildə icrasını təmin edə bilirlər”.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm