Rusiyadan Ermənistana pul köçürmələri azalıb
Bizi izləyin

Ekopublika.az

Rusiyadan Ermənistana pul köçürmələri azalıb

Ermənistanda fiziki şəxslərin bank vasitəsilə köçürmələri almalarında azalma baş verib.

Söhbət illik 8,9 milyon dollarlıq transfertin azalmasından gedir. Deyilənlərə görə, bu da Rusiyadan köçürmələrin azalması ilə bağlıdır.

Publika.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyadan Ermənistana fiziki şəxslərin köçürmələri 11,9 milyon dollar (6,6 faiz) azalıb. Digər ölkələr üzrə bu rəqəm 3 milyon dollar təşkil edib.

Yazılanlara görə, transfertlərin azalması Qərbin sanksiyalarının, eləcə də Rusiyanın embarqo qərarının iqtisadiyyata təsir etməsi ilə bağlıdır. Artıq ölkədə inflyasiya dalğası güclənib. Görünən odur ki, Rusiyada işləyən ermənilərin də bu səbəbdən yaşam şəraiti bahalaşıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm