Nəqliyyat vasitələrinə dəyən zərər üzrə sığorta ödənişi aparılıb
Bizi izləyin

Ekopublika.az

Nəqliyyat vasitələrinə dəyən zərər üzrə sığorta ödənişi aparılıb

Nəqliyyat vasitələrinə dəyən zərər üzrə 1,657,772 manat sığorta ödənişi aparılıb

2014-cü ilin yanvar ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,296 sığorta tələbi üzrə 1,657,772 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Publika.Az xəbər verir ki, 2014-cü ilin yanvar ayında 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə sığorta tələblərinin sayında 15%, sığorta ödənişlərinin məbləğində isə 4% artım müşahidə edilib.

Bu ilin yanvar ayında avtomobillərə dəymiş zərərə görə verilmiş sığorta ödənişlərinin orta məbləği 1,212 manat təşkil edib. 2014-cü ilin yanvar ayında İcabri Sığorta Büronun icraatında 6 kompensasiya işi olub.

Bunlardan bir kompensasiya işi üzrə vətəndaşın az ağır xəsarət alması ilə əlaqədar 1500 (bir min beş yüz) manat məbləğində kompensasiya ödənişi verilib.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm