“Qazprom”un gəlirləri 40 faiz azalıb
Bizi izləyin

Ekopublika.az

“Qazprom”un gəlirləri 40 faiz azalıb

Rusiyanın dövlət neft şirkəti “Qazprom”un gəlirləri 40 faiz azalıb.

Azalmanın həcmi valyuta ilə 231,6 milyard rubl – 6,19 milyard dollar təşkil edib.

Publika.az xəbər verir ki, şirkətin birinci rübdə dövriyyəsi 7 faiz artıb. Amma “Qazprom”un xalis gəlirləri analitiklərin proqnozlarını doğrultmayıb. Şirkətdən bildirilib ki, birinci rübdə xalis gəlirlər 15 faiz azalıb. Dövriyyənin artmasına baxmayaraq, gəlirlərin azalması şirkətin istehsal zamanı böyük xərcləmələr həyata keçirməsi ilə izah edilir. "Qazprom" un maliyyə hesabatına nəzər salanda məlum olur ki, şirkət iki istiqamətdə əhəmiyyətli xərc reallaşdırıb.

İlk əvvəl 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat xərcləri təxminən 139 miylard 697 milyon rubl (3,7 milyard dollar) artıb . İkinci istiqamət isə “Naftoqaz”ın borcunu qaytarmamasıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm