Sabah Avropa Birliyi Rusiyaya qarşı ikinci sanksiyanı qəbul edəcək
Bizi izləyin

Ekopublika.az

Sabah Avropa Birliyi Rusiyaya qarşı ikinci sanksiyanı qəbul edəcək

Sentyabrın 12-də Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsi ilə bağlı sənədi qəbul edəcək. Qeyd edək ki, bundan əvvəl sənədin qəbulu iki dəfə təxirə salınıb.

Publika.az xəbər verir ki, sanksiya sənədinə Krımın Rusiyaya birləşdirilməsində iştirak edən şəxslərin adları daxil edilib. O da qeyd edilir ki, sanksiyalarla bağlı bütün müddəalar rəsmi şəkildə Avropa Birliyinin jurnalında dərc ediləcək.

Bildirək ki, yeni sanksiyalar Rusiyanın dövlət neft şirkətlərini də əhatə edəcək. Sənəd qüvvəyə mindikdən sonra “Rosneft” başda olmaqla, Rusiyanın digər neft şirkətlərinin Avropadan borc almasını çətinləşdirəcək.

Şirkət fəaliyyət və sərmayələrini davam etdirə bilmək üçün Rusiya Milli Rifah Fondundan 40 milyard dollar dəstək tələb edib. Baş nazir Dmitri Medvedev ölkəyə iqtisadi əhəmiyyətli qatqıları olan “Rosneft”ə maliyyə köməyi mövzusuna yaşıl işıq yandırıb. Amma bu mövzuda son sözü Kremlin rəhbəri Vladimir Putin söyləyəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm