• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Avropa Birliyinin yeni sanksiyası - Siyahı

Avropa Birliyinin yeni sanksiyası - Siyahı

Avropa Birliyi yeni sanksiyalarına tuş gələn Rusiya şirkətlərinin yetkililərinin siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, AB iki dəfə təxirə saldığı sanksiyaların ikinci mərhələsini, nəhayət, qəbul edib. Qeyd edək ki, sanksiyalar Rusiyanın dövlət neft şirkətlərini də əhatə edir. Sənəd qüvvəyə mindikdən sonra “Rosneft” başda olmaqla, Rusiyanın digər neft şirkətlərinin Avropadan borc almasını çətinləşdirəcək.

Publika.az siyahını təqdim edir:

Şirkətlər:

“Rosneft”

“Transneft”

“Qazprom neft”

“Sirius”

“Çemkompozit”

“Kalaşnikov”

“Tulskiy orujeyniy zavod”

“NPK Tennoloqii maşinostroeniya”

“Vısokotoçnıe kompleksı”

“Almaz-Antey”

“Bazalıt”

“Oboronprom”

“Uralvaqonzavod”

Banklar:

“Sberbank”

“VTB”

“Qazprombank”

“Posselxozbank”

Yetkililərin siyahısına gəlincə, burada 24 ad yer alıb. Onlar arasında Donetsk Xalq Respublikasının yeni lideri Aleksandr Zaxarçenkonun da adı var. Bundan əlavə, siyahıya Vladimir Jirinovski, Yuri Vorobyov, Sergey Çemezov, Dövlət Dumasının vitse-spikeri Vladimir Vasiliev, Dövlət Dumasının vitse-spikeri İvan Melnikov,

Dövlət Dumasının vitse-spikeri İqor Lebedev, Dövlət Dumasının vitse-spikeri Nikolay Leviçev, Leonid Kalaşnikov ,Svetlana Jurova, Vladimir Nikitin, Oleq Lebedev , Aleksandr Babakov və digərlərinin adı daxil edilib.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR