Şotlandiya müflisləşə bilər
Bizi izləyin

Ekopublika.az

Şotlandiya müflisləşə bilər

Şotlandiyanın müstəqilliyini elan etməsi qiymət artımlarına yol açacaq.

Böyük Britaniyanın üç böyük pərakəndə satış şəbəkəsi - “Marks and Spencer”, “B&Q” və “Timpson” xəbər verib. Bildirilib ki, müstəqilliyin zərəri orta və kiçik şotland sahibkarlarına dəyəcək.

“Deutsche Bank” isə daha sərt bəyanatla çıxış edib. Bankdan deyilib ki, Şotlandıyanı Deutsche Bank Amerikada 1930-cu ildə yaşanan Böyük Depressiya kimi ağır nəticələr gözləyir.

Publika. az xəbər verir ki, referendum ölkənin yalnız siyasi deyil, eyni zamanda iqtisadi taleyini də müəyyən edəcək. Artıq, dollarla müqayisədə ingilis pul vahidi sterlinq son 10 ayın ən aşağı səviyyəsinə düşüb. Bundan əlavə, müstəqillikdən sonra şotlandiyalıların ən böyük ixrac məhsulu olan milli içkiləri ilə bağlı bazarda problem yaşayacaqları deyilir.

Ekspertlər yaranmış vəziyyəti belə şərh edir: "İqtisadi və ticari baxımdan əhəmiyyətli təsirə sahib böyük bir diplomatik birliyin üzvüyük. Sənayenin inkişafına köməkçi olan bu birlik Şotlandiyanın müstəqil olacağı təqdirdə fəaliyyətini itirəcək".

Bildirək ki, 307 ildir Böyük Britanyanın bayrağı altında İngiltərəyə bağlı olan Şotlandiya müstəqillik referendumunu sentyabrın 18-də keçirəcək. 4 milyon şotlandiyalının “bəli” deyəcəyi halda, müstəqillik müddəti 2016-cı ilin martından başlayacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm