Neft hasilatı azalıb
Bizi izləyin

Ekopublika.az

Neft hasilatı azalıb

Səkkiz ayda Azərbaycanda neft hasilatı 1.7% azalıb, qaz istehsalı isə 5.1% artıb.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2014-cü ilin yanvar-avqustunda Azərbaycanda neft hasilatı 28.6 milyon ton təşkil edib. Bu da keçən ilin analoji dövrünün göstəricisindən 1.7% azdır.

2014-cü ilin hesabat dövründə Azərbaycanda əmtəəlik qaz hasilatı 12.3 milyard kubmetr olub. Qaz hasilatı keçən ilin eyni dövrü ilə müqayisədə 5.1% artıb.

Xatırladaq ki, Dövlət Neft Şirkətinin proqnozlarına əsasən, 2014-cü ildə Azərbaycanda ümumi neft hasilatının 41.2 milyon ton, əmtəəlik qaz hasilatının isə 18 milyard kubmetr səviyyəsində olacağı gözlənilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm