ÜDM nəyin hesabına artıb?
Bizi izləyin

Ekopublika.az

ÜDM nəyin hesabına artıb?

Yanvar-avqust aylarında ölkədə 39,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artıb. Onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 55,9 faizdən 57,3 faizədək yüksəlib.

Mərkəzi Bankdan Publika.az-a verilən məlumata görə, ÜDM-in artımı əsasən qeyri-neft sektoru hesabına baş verib. Belə ki, ÜDM-in 56.3%-i qeyri-neft sektorunun payına düşüb. Bütün sahələrdə artım müşahidə edilib. Sahələr arasında ən yüksək artım tempi turistlərin yerləşdirilməsi və ictimai iaşə, informasiya və rabitə, eləcə də, tikintidə qeydə alınıb. Qeyri-neft iqtisadiyyatında 7% artımın təqribən 2.2% bəndi tikinti sahəsinin hesabına formalaşıb. Neft sənayesi nəzərə alınmadan ticari sektorda artım 5.3% təşkil edib. Qeyri-ticari sektorda isə 7.6% artım qeydə alınıb. Mərkəzi Bank tərəfindən aparılan sorğular da ölkədə iqtisadi aktivliyin yüksək olduğunu təsdiq edir. Real Sektorun Monitorinqinin (RSM) nəticələrinə görə, 2014-cü ilin 6 ayında İşgüzar Fəallıq İndeksi müsbət zonada qalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm