Xarici ticarətin 46 faizi Avropa İttifaqına daxil ölkələrlə aparılır
Bizi izləyin

Ekopublika.az

Xarici ticarətin 46 faizi Avropa İttifaqına daxil ölkələrlə aparılır

Yanvar-iyul aylarında 137 xarici ölkə ilə 18,1 milyard dollar məbləğində ticarət əməliyyatı həyata keçirilib. Ticarət əlaqələrinin 9,2 faizi, yaxud 1,7 milyard dolları MDB üzvü dövlətləri ilə, 90,8 faizi və ya 16,4 milyard dolları digər ölkələrlə aparılıb.

Publika.az-a Dövlət Gömrük Komitəsindən daxil olan məlumata görə, yeddi ay ərzində 13,2 milyard dollarlıq məhsul ixrac olunub. Onun 498,3 milyon dolları MDB üzvü dövlətlərinə göndərilib. 96,2 faizi və ya 12,7 milyard dolları isə digər xarici ölkələrin alıcılarının payına düşüb. Qeyri-neft məhsullarının ixracı yeddi ay ərzində 3,4 faiz azalıb.

Bu dövrdə ölkəmizə idxal edilən məhsulların həcmi 4,9 milyard dollar təşkil edib. Digər xarici dövlətlərdən idxal olunan malların dəyəri 3,7 milyard dollar, MDB üzvü ölkələrindən isə 1,2 milyard dollar olub.

Xarici ticarət dövriyyəsinin 46,0 faizi Avropa İttifaqına daxil olan ölkələrlə, 9,2 faizi MDB-yə üzv dövlətləri ilə, 44,8 faizi digər ölkələrlə aparılıb.

Beləliklə, yeddi ay ərzində ölkəmizdən ixrac olunmuş malların həcmi ölkəyə gətirilmiş malların dəyərindən 2,7 dəfə çox olub. 8,3 milyard dollar müsbət saldo yaranıb. Yanvar-iyul aylarında ölkəyə 37,1 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olub.

Xam neft və qaz ixracı barədə ABƏŞ və Dövlət Neft Şirkəti tərəfindən təqdim olunmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 24,2 milyard dollar, o cümlədən ixrac 19,3 milyard dollar təşkil edib. Müsbət saldo 14,4 milyard dollar olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm