“Facebook”un ötən ilki gəlirləri
Bizi izləyin

Ekopublika.az

“Facebook”un ötən ilki gəlirləri

“Facebook” ötən il 7,87 milyard dollar gəlir əldə edib

10 ilini geridə buraxan “Facebook” çatdığı maliyyə rəqəmləri ilə diqqətləri çəkib.

Publika. Az xarici mətbuata istinadən bildirir ki, bir milyarddan çox istifadəçisi olan “Facebook”un gündəlik ortalama ziyarətçi sayı 757 milyon olub. Ziyarətçi sayına bağlı olaraq şirkətin reklam gəlirləri də artıb.

Dünyanın ən böyük ictimai şəbəkəsi olan “Facebook”un bazar dəyəri ötən 156,7 milyard dollar olub. Şirkət 2013-cü ildə 7,87 milyard dollar gəlir əldə edib.

Lakin xüsusilə gənc və orta yaş qrupu arasından məşhur olan “Facebook”un gələcəyi birjada maraq mövzusudur. İstifadəçi itkisi ilə üzləşib-üzləşməyəcəyi sual işarəsi yaradır.

Ağıllı telefonlarla birlikdə şirkətin aylıq ziyarətçi sayı il ərzində 39 faiz nisbətində artıb. Keçdiyimiz son dörddəbirdə 300 milyona yaxınlaşan mobil istifadəçi sayı, reklam gəlirlərində artımı da özü ilə gətirdi.

Şirkət illik qazancının 53 faizlik böyük hissəsini mobil telefonlardan əldə edib. Bir əvvəlki ilə görə gəlirlərini yüzdə 55 faiz artıran “Facebook” 2013-cü ilin son dörddəbirini də 2,59 milyard dollar gəlirlə qapadıb..

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm