Neft 85 dollara qədər düşə bilər
Bizi izləyin

Ekopublika.az

Neft 85 dollara qədər düşə bilər

Xəbər verdiyimiz kimi, dünya bazarında neftin qiyməti son ilin ən aşağı səviyyəsinə düşüb. Hazırda brent markalı neft 96 dollar təşkil edir. Nəzərə alsaq ki, dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft əhəmiyyətli rol oynayır, ucuzlaşmanın ziyanları gözləniləndir.

Publika.az xəbər verir ki, Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev isə neftin dünya qiymətinin qısamüddətli azalmasının şirkətin gəlirlərinin illik göstəricilərinə təsir etməyəcəyini deyib. R.Abdullayev bildirib ki, vəziyyət normaldır və bu proseslər həmişə proqnozlarda nəzərə alınır.

Qeyd edək ki, ötən həftə London birjasında Brent markalı neftin bir barelinin qiyməti 97 dollaradək aşağı düşüb. Dünya bazarında artıq ardıcıl olaraq 3 aydır ki, neftin qiyməti azalır. Ekspertlərin fikrincə, bir-iki aydan sonra dünya bazarında neftin bir barelinin qiyməti 85 dollaradək enə bilər.

Ötən həftə Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 99,04 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 3,27 dollar/barel azdır.

Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 95,51 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 3,55 dollar/barel azdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm