Ölkədə kim işləyir, kim yox…
Bizi izləyin

Ekopublika.az

Ölkədə kim işləyir, kim yox…

Sentyabrın 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 4812,9 min nəfər olub. Onlardan 4574,5 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məsğul olanlar təskil edib.

Publika.az xəbər verir ki, muzdla isləyənlərin sayı 1511,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 894,8 min nəfər, qeyri-dövlət bölməsində isə 616,5 min nəfər olub. İqtisadiyyatın neft sektorunda 36,5 min nəfər, qeyri-neft sektorunda isə 1474,8 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1467,3 min nəfər təşkil edib. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,0 faizi məhsul istehsalı sahələrində, onlardan 6,7 faizi tikintidə, 6,2 faizi emal sənayesində, 3,0 faizi kənd təsərrüfatı, mesə təsərrüfatı və balıqçılıq sahəsində, 2,4 faizi mədənçıxarma sənayesində, 2,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi, təchizatı sahəsində, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi, emalı sahəsində məsğul olublar. Xidmət sahəsində çalısanların 22,5 faizi təhsil, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi dövlət idarəetməsi, müdafiəsi, sosial təminat, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi istirahət, əməliyyatlar sahələrində cəmlənib.

Ölkədə işsizlərin sayına gəlincə, 2014-cü il sentyabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 30,6 min nəfər olub. Onların 40,1 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 253,3 manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm