Şotlandiyanın müstəqilliyi bazarları dalğalandıracaq
Bizi izləyin

Ekopublika.az

Şotlandiyanın müstəqilliyi bazarları dalğalandıracaq

Öz müstəqilliyini elan etməyi qərara alan Şotlandiya sentyabrın 18-də referendum keçirəcək.

Aparılan sorğular ölkədə əhalinin 51 faizinin müstəqillik tərəfdarı olduğunu göstərir. Lakin artıq günlərdir müstəqilliyin ölkə və Avropa iqtisadiyyatına təsirləri müzakirə edilir.

Publika.az xəbər verir ki, Birləşmiş Krallığın tərkibindən çıxdıqdan sonra Şotlandiya iqtisadiyyatının parlayacağını ifadə edənlər də var, bunun əksini söyləyənlər də. O məlumdur ki, Şimal Dənizində olan neft yataqlarının və təbii qazın istifadə haqqının hansı ölkəyə aid olacağı sual altındadır. Şotlandiya hökuməti müstəqillikdən sonra iqtisadiyyatını neft yataqları sayəsində qoruyub saxlayacağını düşünür.

Bu müzakirələrin xam neft qiymətlərini dəyişdirəcəyi, hətta Ərəb yarımadası ölkələrinin də bundan təsirlənəcəyi ehtimal edilir. Birləşmiş Krallıqdan ayrıldıqdan sonra Şotlandiyanın pul vahidinin nə olacağı hələ müəyyən deyil. Amma valyuta bazarları müstəqilliklə bağlı xəbərlərdən dalğalanmaqdadır. Ekspertlər də deyir ki, nəticələr bazarlara mənfi təsir etməsə də, referendum sonrası dalğalanmalar baş verə bilər: “Müstəqillik referendumunda ‘‘bəli'‘ çıxarsa, sterlinq dollar qarşısında zəifləyəcək.

Referendumun Orta Şərq bazarlarına nə kimi təsir göstərəcəyinə gəlincə, seçkinin nəticələri London saatıyla səhər 6-da, Abu Dabidə 9-da müəyyən olacaq. Orta Şərq birjaları Poundla əməliyyat edə biləcək ilk bazar halına gələcək. Avropa isə nəticələr açıqlandıqdan bir neçə saat sonra əməliyyat edə biləcək. Asiya bazarları ilə bağlı vəziyyət də eyni olacaq. Referendumdan sonra Orta Şərq bazarlarında yüksək həcmdə isti pul axını reallaşacaq‘'.

Müstəqilliyin neftin qiymətlərinə təsirlərinə gəldikdə, mütəxəssislər belə deyir: ‘‘İki dəyişik ssenari var. Biri Şotlandiyanın Birləşmiş Krallıqda qalmasıdır – bu da neftin qiymətlərinə mənfi təsir yarada bilər. Mənfi nəticələr göstərən neft bazarı qlobal bazara yönələcək. İkincisi, Şotlandiyanın müstəqilliyini elan etməsidir, bu, qısa vaxtda neft bazarlarına yarayacaq. Çünki əsl mərkəz nöqtəsi dunya bazarları olacaq. Önümüzdəki aylarda neftin qiyməti düşməkdə davam edərsə, OPEC qiymətlərə müdaxilə edəcək‘.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm