Əhali pulunu necə xərcləyir?
Bizi izləyin

Ekopublika.az

Əhali pulunu necə xərcləyir?

Ölkədə əhalinin hər nəfərinə düşən gəlirlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz arıb. Hazırda bu rəqəm 2559,9 manat və ya ayda orta hesabla 320,0 manat təşkil edir.

Publika.az xəbər verir ki, əhalinin sərəncamda qalan gəlirləri 21,8 milyard manat olub. Əvvəlki ilin eyni dövrünə nisbətən 5,6 faiz artıb. Əməkhaqqlarına gəlincə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 440,8 manat olub. Əmək haqqı neft sektorunda 1756,0 manat, qeyri-neft sektorunda 407,5 manat, dövlət bölməsində 356,2 manat, özəl bölmədə 565,7 manat təşkil edib.

Əhalinin əməkhaqqları və gəlirlərin ilə necə davranması da maraq doğurur. Statistikaya görə, hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 90,7 manatlıq qida məhsulları, içki və tütün məmulatları, 89,7 manatlıq qeyri-ərzaq malları alıb. 2013cü ilin eyni dövrünün müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alınmasına 13,7 manat daha çox vəsait xərcləndiyi halda, qida məhsulları, içkilər və tütün məmulatları üzrə bu məbləğ 2,7 manata bərabər olub.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət əbəkələrində xərclədiyi vəsaitin 50,3 faizi qida məhsulları, içki və tütün məmulatlarının, 18,6 faizi toxuculuq malları, geyim və ayaqqabıların, 4,3 faizi elektrik malları və mebelin, 0,7 faizi kompyuter avadanlıqları, kitab və digər çap məmulatlarının, 1,4 faizi əczaçılıq və tibbi malların, 7,7 faizi avtomobil yanacağının, 17,0 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm