“Aeroflot” ekonom klassda qida xidmətini qadağan etdi
Bizi izləyin

Ekopublika.az

“Aeroflot” ekonom klassda qida xidmətini qadağan etdi

Rusiyanın hava yolları şirkəti “Aeroflot” ekonom klassda uçan sərnişinlətə təklif edilən qidanın tərkibinə dəyişiklik edib. Nəticə etibarilə menyu azaldılıb.

Publika.az xəbər verir ki, oktyabrdan başlayaraq ekonom klassda uçan sərnişinlərə yemək az veriləcək. Belə ki, 1-2 saatlıq uçuşlarda çay ləğv edilərək sendviç veriləcək. 2-3 saatlıq uçuşlarda “soyuq yeməyi” çay əvəzləyəcək. 12 saatdan artıq uçuşlarda isə nahar arası saatlarda yüngül qəlyanaltılar ləğv ediləcək.

Bundan əlavə 26 oktyabrdan ekonom klassda 6-7 saatlıq reyslərdə “isti yeməkdən” sonra qəlyanaltılar yığışdırılır. 7-8 saatlıq uçuşlarda isə “soyuq yemək” qəlyanaltı ilə əvəzlənəcək. Hava yolları şirkətindən bildirirlir ki, yeni qənaət qərarı sanksiyalarla bağlı şirkətin gəlirlərinin azalmasının nəticəsidir. Menyu dəyişiklikləri nəticəsində şirkətin nə qədər qənaət edəcəyinə gəlincə, bu hələlik bəlli deyil: “Biz avropalı rəqib şirkətlərin təcrübəsindən istifadə edərək menyuya dəyişiklik etmişik.

Nəzərə çatdıraq ki, “Aeroflot” 2013-cü ildə 20,9 milyon sərnişin daşıması həyata keçirib. Hava yolları şirkətinin əsad hissədarı dövlətdir. Dövlətin şirkətdə payı 51,17 faiz təşkil edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm