• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şotlandiyanın müstəqilliyindən Britaniya nələri itirəcək?

Şotlandiyanın müstəqilliyindən Britaniya nələri itirəcək?

Məlum olduğu kimi, bu gün Şotlandiyada müstəqillik referendumu keçirilir.

Aparılan sorğular ölkədə əhalinin 51 faizinin müstəqillik tərəfdarı olduğunu göstərir. Birləşmiş Krallığın tərkibindən çıxdıqdan sonra Şotlandiya iqtisadiyyatının nələrlə üzləşəcəyi müzakirə mövzusu olaraq qalır. Xüsusilə, Şimal Dənizində olan neft yataqlarının və təbii qazın istifadə haqqının hansı ölkəyə aid olacağı sual altındadır. Şotlandiya hökuməti müstəqillikdən sonra iqtisadiyyatını neft yataqları sayəsində qoruyub saxlayacağını düşünür.

Publika.az xəbər verir ki, referendum artıq valyuta bazarlarına öz təsirini göstərib. Analitiklərin fikrincə, Şotlandiyadakı referendum real gərginliklər yaradıb. Tərəflərin heç birinin bu referendumdan qazanclı çıxacağı güman edilmir.

O ki qaldı funt sterlinqin taleyinə, ekspertlər bildirir ki, total şəkildə Britaniya aktivlərinin satışı gözlənilir. Britaniya valyutası dollar qarşısında minimum 8 rəqəm geriləyəcək. Funt sterlinqin 1,55 dollara qədər zəifləməsi istisna deyil.

Digər vacib məsələ Şotlandiyanın müstəqil olduqdan sonra öz milli valyutası ilə bağlı məsələni necə həll edəcəyidir: “Şotlandiya funtu qapalı valyutadır, yalnız Şotlandiyada keçərlidir. Hazırda Britaniya valyutası tərəfindən dəstəklənir. Ayrıldıqdan sonra Britaniyanın bu münasibəti saxlayacağı sual doğurur. O halda başqa valyuta tapmaq zərurəti yaranacaq. İstisna deyil ki, bu valyuta avro olsun. Lakin yaxın bir ildə Şortlandiyanın valyutasını dəyişəcəyi inandırıcı görünmür”.

Britaniyanın itirəcəklərinə gəlincə, Şotlaniya müstəqil olduqdan sonra da Britaniya içki, elektrik mallar, balıq və sair məhsulların idxalını həyata keçirəcək: “Ticarətdən ciddi məqamlar var. Şotlandiyanın ərazisində Britaniyanın hərbi bazası yerləşir. Müstəqillikdən sonra baza ya köçürülməli, ya da bölüşdürülməlidir. Şortlandiyanın milli partiyaları artıq bəyan ediblər ki, ayrıldıqdan sonra nüvə silahından imtina edəcəklər. Digər ciddi problem Şimal dənizində neft yataqlarının bölüşdürülməsi ilə bağlı olacaq. Çünki Britaniya büdcəsinə yataqların işlənməsindən yüksək vergilər daxil olur. Şotlandlar bu yataqları Britaniyaya hədiyyə etməyi düşünmürlər”.

Mütəxəssislər daha bir mübahisəli məqam kimi 10 trillyon dollar həcmində dövlət borcunun necə bölüşdürüləcəyini irəli sürürlər.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR