• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Rus qazı ucuzlaşacaq

Rus qazı ucuzlaşacaq

Rusiya növbəti 3 il ərzində neftin ixrac qiymətlərini aşağı salacaq.

Publika.az-ın xəbərinə görə, bu barədə Rusiya Federasiyasının Maliyyə Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, 2015-ci il üçün neftin ixrac qiyməti 4%, 2016-cı il üçün – 6%, 2017-ci il üçün isə 8% aşağı düşəcək.

Bununla belə neft məhsullarının ixracatının əhəmiyyətli surətdə artacağı proqnozlaşdırılır. 2015-ci ildə ixrac həcmi 14%, 2016-cı ildə 15% və 2017-ci ildə isə 16% olacaq.

Bundan əlavə İqtisadi İnkişaf Nazirliyi təbii qaz ixracınn artacağını, lakin orta müqavilə qiymətinin 1000 kub metr üçün 289 dollar səviyyəsində olacağını proqnozlaşdırır. Əvvəllər bu göstəricinin 316 dollar səviyyəsində proqnoz ediləcəyi güman edilirdi.İqtisadi İnkişaf Nazirliyi Urals markalı nefti üçün qiymətlərinin 2017-ci ildə 100 dollar səviyyəsində gözləyir.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR