“SOCAR” Rumıniyada biznesini genişləndirir
Bizi izləyin

Ekopublika.az

“SOCAR” Rumıniyada biznesini genişləndirir

Rumıniyanın Macarıstanla sərhədində yerləşən Arad şəhərində “SOCAR” brendi ilə fəaliyyət göstərəcək ilk yanacaq doldurma məntəqəsi açılıb.

Publika.az-a Dövlət Neft Şirkətindən verilən məlumata görə, bununla da Rumıniyada “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 30-a çatıb.

Açılış mərasimində ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin, Arad şəhər icra hakimiyyəti və yerli dövlət qurumlarının nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Rumıniyada SOCAR məntəqələri arasında ən geniş torpaq sahəsinə malik YDM-də Benzin 95 və 98, Dizel Euro 5 və Dizel Super Euro 5 tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Məntəqədə 4 sayğac quraşdırılmış, 6 kiçik və 2 böyük avtonəqliyyat vasitələrinin eyni zamanda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Digər YDM-lərdə olduğu kimi, Arad məntəqəsində də müştərilərə “Nar” kafedə ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur.

Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 13 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea və Aradda yanacaqdoldurma məntəqələrinə malikdir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm