Taner Yıldız: TANAP layihəsi Türkiyə üçün vacibdir
Bizi izləyin

Ekopublika.az

Taner Yıldız: TANAP layihəsi Türkiyə üçün vacibdir

Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi Türkiyə üçün vacibdir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri taner Yıldız deyib.

Onun sözlərinə əsasən, TANAP Türkiyə iqtisadiyyatının inkişafına, həmçinin qaz çatışmazlığı probleminin həllinə kömək edəcək.

T.Yıldız qeyd edib ki, Ankara TANAP-la yanaşı, Cənubi Qafqaz qaz kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi layihəsini yüksək qiymətləndirir: "Bu, faktiki olaraq "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasına başlamaq anlamına gəlir".

Nazir bildirib ki, sentyabrın 20-də yenidən Bakıya səfər edəcək: "Bakıda Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi layihəsinin başlanılması mərasimi keçiriləcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm