Rusiya bankları Azərbaycandan maliyyə resursu cəlb edəcək? - ŞƏRH
Bizi izləyin

Ekopublika.az

Rusiya bankları Azərbaycandan maliyyə resursu cəlb edəcək? - ŞƏRH

Rusiyanın “VTB Bank”ının rəhbəri Andrey Kostin rus banklarının Azərbaycanda maliyyə resursları cəlb edə biləcəklərini deyib. Nəzərə çatdıraq ki, Avropa Birliyinin ikinci sanksiya paketinə əsasən, Rusiya banklarının xaricdən maliyyə resurları cəlb olunması qadağan edilib.

Onu da bildirək ki, indiyədək Azərbaycan Gürcüstan və Belarusa kredit verib. Bu, dövlət səviyyəsində reallaşıb.

Rus banklarının Azərbaycandan kredit almasına gəlincə, iqtisadçı-ekspert Samir Əliyev bildirir ki, bu, gözlənilən idi: “Çünki Rusiyaya iqtisadi sanksiyalar tətbiq edilməyə başlayanda xaricdən pul cəlb edə bilməyən maliyyə institularının və şirkətlərinin həm də Azərbaycana üz tutacağı istisnasız idi. Göründüyü kimi, Azərbaycan və Qazaxıstan təsadüfən seçilməyib. Hər iki ölkənin kifayət qədər neft pulu var”.

İqtisadçı-ekspert deyir ki, şimal qonşumuz Neft Fondunun 1 milyard dollarlıq vəsaitinə sahib olub: “Yəqin ki, əsas mənbə olaraq Neft Fondunun vəsaitlərinə can atacaqlar. Bu ehtimalla bağlı xeyli öncə narahatlığımı bildirmişdim. Əsas donorlardan biri, təbii ki, ARDNŞ ola bilər. ARDNŞ-in maliyyə bazarına daxil olması və resurslarının bir hissəsini ora yönəltməsi bankların vəsait əldə etmək imkanını artıra bilər. Avropada çirkli pulların yuyulmasına qarşı aparılan mübarizənin son dövrlər sərtləşdirilməsi və eyni zamanda Rusiyada bunun üçün əlverişli mühitin olması çirkli pulların bu ölkəyə axmasına gətirib çıxara bilər.

İndiki situasiyada iri banklarımızın Rusiya maliyyə bazarına çıxışı üçün şanslar yaranıb. Amma burada diqqətli olmaq gərəkdir. Bu vəziyyətdə ABŞ-ın və Avropanın sanksiyalarının subyekti olmaq təhlükəsi ilə üzləşə blərlər”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm