ARDNŞ Bolqarıstanın qaz şirkətləri ilə müqavilə imzaladı - FOTOLAR
Bizi izləyin

Ekopublika.az

ARDNŞ Bolqarıstanın qaz şirkətləri ilə müqavilə imzaladı - FOTOLAR

ARDNŞ-nin baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev və “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümü münasibəti ilə keçirilən bayram tədbirlərində iştirak etmək üçün Bakıda səfərdə olan “Bulqartransqaz” və “Bulqarqaz” şirkətlərinin rəhbərləri arasında görüş olub.

Publika.az xəbər verir ki, görüşdə Rövnəq Abdullayev Azərbaycanla Bolqarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafından danışıb. Bolqarıstan prezidentinin “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünə həsr olunan bayram tədbirlərində və “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimində iştirak etməsini bu münasibətlərin parlaq təzahürü kimi qiymətləndirib.

Bakıdakı təntənəli mərasimlərin yüksək səviyyədə təşkil olunduğunu bildirən qonaqlar Azərbaycan təbii qazının Bolqarıstana tezliklə nəql edilməsində maraqlı olduqlarını vurğulayıblar. Sonra ARDNŞ ilə Bolqarıstanın qaz şirkətləri arasında iki sənəd imzalanıb. ARDNŞ və “Bulqartransqaz” arasında Anlaşma Memoranduma ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və “Bulqartransqaz” şirkətinin baş direktoru Kiril Temelkov tərəfindən imza atılıb.

ARDNŞ və “Bulqarqaz” şirkəti arasında niyyət protokolunu isə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və “Bulqarqaz” şirkəti Direktorlar Şurasının rəhbəri Botyo Velinov imzalayıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm