Dünyanın ən məşhur 10 maliyyə fırıldaqçısı
Bizi izləyin

Ekopublika.az

Dünyanın ən məşhur 10 maliyyə fırıldaqçısı

Dünyanın ən böyük 10 maliyyə fırıldaqçısı

“Forbes” jurnalı həbsdə olan 10 məşhur maliyyəçinin reytinqini tərtib edib.

Publika.Az-ın məlumatına görə, 1-ci yerdə Bernard Medoff gəlir. Onun zərəri 65 milyard dollardır. Bernard Medoff 150 il həbs cəzasına məhkum olunub.

1960-cı ildə Madoff Investment Securities şirkətini yaradıb. Tarixin bəlkə də ən böyük maliyyə pramidasının sahibi olan bu şəxs 2009-cu ildə həbs olunub. Onun maliyyə fırıldağı nəticəsində Madoff Investment Securities –ə 1,5 milyard dollar yatıran fransız iş adamlarından biri iflas xəbərini eşidib intihar etmişdi.

Djeffri Skillinq və Endryu Fastov - iki maliyyəçinin zərərinin həcmi 45 miylard dollardır. Birinci 25 illik, ikinci isə 6 illik həbsə məhkum edilib. Üçüncü yerdə Bernard Ebbers və Skott Sallivan gəlir.

Zərərlərinin həcmi 11 milyard dollardır. “WorldCom” un sahibi olan Bernard Ebbers 25 illiyinə, Skott Sallivan 5 il müddətinə həbs cəzası alıb.

Robert Allen Stenford – zərərinin həcmi 8 milyard dollardır. 110 il həbs cəzasına məhkum olunub. Maliyyəçi “Stanford Financial”ın qurucusudur. Jerom Kervıel 4,9 milyard dollar zərəri olan bu şəxs 3 illin həbsə və zərərini ödəməyə məhkum olunub.

Kazutsuqi Nami adlı maliyyəçi 2 milyard dollar zərərlə 18 il, Kvek Adoboli 2,3 milyard dollar zərərlə 10 il, Martin Qrass 1,6 milyard dollar zərərələ 8 il, Dennis Kozlovskiy və Mark Şvarç 1,6 milyard dollar zərərlə 25 il, Nik Lison 1.4 milyard dollar zərərlə 6,5 il həbsə məhkum olunub.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm