Banklarda əmanətlərin həcmi artıb
Bizi izləyin

Ekopublika.az

Banklarda əmanətlərin həcmi artıb

2014-cü il avqust ayının 1-nə əhalinin banklardakı əmanətlərinin qalığı 6,9 milyard manat təskil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artıb.

Əmanətlərin 4,4 milyard manatı və ya 63,5 faizi milli, 2,5 milyard manatlıq ekvivalenti xarici valyuta səklində qoyulub.

Publika.az xəbər verir ki, əvvəlki ilə nisbətən müvafiq olaraq 22,0 faiz və 5,3 faiz artıb. İlin əvvəlindən fiziki şəxslərin cəmi əmanətləri ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 66%-ni təşkil edib. İkinci rübə olan statistikaya görə, fiziki şəxslərin cəmi əmanətlərinin (6,3 mlrd. manat) 45,2%-ni (2,87 mlrd. manat) qorunmayan əmanətlər, 54,8%-ni (3,47 mlrd. manat) isə qorunan əmanətlər təşkil edib. Kompensasiya olunan əmanətlər 1 931 mln. manat olub. Bu da qorunan əmanətlərin 55,0%-ni təşkil edir.

Qorunan əmanətlərin 62%-i manatın, 34%-i ABŞ dollarının və 4%-i avronun payına düşür. Üzv banklar tərəfindən 6 073 126 əmanətçiyə xidmət göstərilib ki, onların da 5 504 255 nəfəri (91%) qorunan əmanətçidir. Fondun sığorta ehtiyatları 84,3 mln. manat təşkil edir.

Xatırladaq ki, fondun iştirakçısı olan bankların sayı 42-dir. 19 may 2014-cü il tarixindən etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10 faizdən 9 faizə endirilib. Bu tarixdən üzv banklarda illik 9 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmayan əmanət hesab edilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm