• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Üç gündə 10 milyon ədəd “iPhone 6” və “iPhone 6 Plus” satılıb

Üç gündə 10 milyon ədəd “iPhone 6” və “iPhone 6 Plus” satılıb

“Apple” ilk üç gündə 10 milyon ədəd “iPhone 6” və “iPhone 6 Plus” satıb.

Publika.az xəbər verir ki, bu, şirkətin satış tarixində ilk rekord göstəricidir. Hazırda yeni smartfonlar Amerika, Avstraliya, Kanada, Fransa, Almaniya, Honkonq,Yaponiya, Porto-Riko, Sinqapur və İngiltərə bazarlarında satışdadır.

Sentyabrın 26-dan yeni modellər dünyanın 20 ölkəsinin bazarlarında satışda olacaq. İlin sonuna ölkələrin sayının 115-ə çatması gözlənilir.

Xatırladaq ki, “Apple” yeni smartfonları sentyabrın 9-da təqdim edib. "iPhone 6" və "iPhone 6 Plus" 16, 64 və 128 GB-lıq qızılı, gümüşü və tünd boz rəng versiyalarında mövcuddur. Ekranların diaqonalları 4.7 və 5.5 düym təşkil edir. "iPhone 6 Plus" smartfonu üçün ekranın təsvir ölçüsü 1920x1080 düym (1080p və ya Full HD), "iPhone 6" cihazında isə 1334x750 nöqtə təşkil edir. "iPhone 6" smartfonunun qalınlığı 6,9 mm, "iPhone 6 Plus"-da isə 7,1 mm-dir, hər iki qurğu "iPhone 5S"dən daha nazikdir.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR