Hesablama Palatası Səhiyyə Nazirliyini yoxladı
Bizi izləyin

Ekopublika.az

Hesablama Palatası Səhiyyə Nazirliyini yoxladı

Hesablama Palatasının kollegiya iclası keçirilib.

İclasda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə səhiyyə obyektlərinin tikintisinə və təmirinə, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar xidmətinə ayrılan vəsaitlərin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Arxeoloji və Etnoqrafiya İnstitutuna dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunub.

Publika.az Palataya istinadən bildirir ki, müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiyada, eyni zamanda, Ağsu rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından sosial infrastruktur layihələrə, dövlət büdcəsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, həmçinin dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi" bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan MR Hidrometeorologiya İdarəsinin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit proqramı müzakirə edilərək təsdiq olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm