Qaz hasilatı artıb
Bizi izləyin

Ekopublika.az

Qaz hasilatı artıb

Yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 4 mlrd. 964 mln. kubmetr qaz hasil edib.

Bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,3% çoxdur.

Publika.az xəbər verir ki, 2014-cü ilin yanvar-avqust aylarında Azərbaycan üzrə qaz hasilatının həcmi 20 mlrd. 435,3 mln. kubmetr təşkil edib (azalma 0,9%). Cari ilin avqust ayında şirkət 567,5 mln. kubmetr qaz hasil edib, ümumilikdə Azərbaycan üzrə qaz hasilatının həcmi 2 mlrd. 471 mln. kubmetr olub.

ARDNŞ-in hasilat və nəql üzrə vitse-prezidenti Rəhman Qurbanovun açıqlamasına görə, 2014-cü ildə Azərbaycanda qaz hasilatı 28,8 mlrd. kubmetr həcmində proqnozlaşdırılır. Bunun da 7 mlrd. kubmetri SOCAR-ın payına düşəcək.

Xatırladaq ki, 2013-cü ildə Azərbaycanda 29 mlrd. 450,6 mln. kubmetr qaz hasil edilib və bunun 7 mlrd. 139,7 mln. kubmetri SOCAR-ın payına düşüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm