Rövnəq Abdullayev Qurbanqulu Berdiməhəmmədovla enerji məsələlərini müzakirə edir
Bizi izləyin

Ekopublika.az

Rövnəq Abdullayev Qurbanqulu Berdiməhəmmədovla enerji məsələlərini müzakirə edir

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və Azərbaycanın Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin Aşqabadda görüşü baş tutub.

Publika.az Türkmənistan mətbuatına istinadən bildirir ki, görüşün gedişatında strateji energetika sahəsində qarşılıqlı əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub. Görüşün təfərrüatı açıqlanmır, lakin yayılan məlumata görə, tərəflər “qlobal enerji təhlükəsizlik məsələsini birgə həll etmək niyyətindədir”. Bununla əlaqədar Türkmənistanın ixrac boru kəmərlərinin çoxvariantlı sisteminin yaradılması üzrə konstruktiv strategiya qeyd olunub.

R.Abdullayev Azərbaycanın Xəzəryanı regionunun davamlı iqtisadi inkişafı üçün Türkmənistanla işgüzar əlaqələrin möhkəmləndirilməsinə “böyük maraq” göstərdiyini təsdiqləyib. Tərəflər Türkmənistanın neft-qaz emalı və yanacaq-sürtkü materialları istehsalı üzrə layihələrində Azərbaycanın iştirakının mümkünlüyünü müzakirə ediblər.

Xatırladaq ki, bu, cari ildə SOCAR rəhbəri ilə prezident Berdımuhammedovun ikinci görüşüdür. Bundan əvvəl Türkmənistan XİN rəhbəri Bakıya səfər edib. Danışıqların əsas mövzusu Türkmənistanın enerji resurslarının Azərbaycan vasitəsilə Avropaya nəqli, Transxəzər qaz kəmərinin inşasının mümkünlüyü, Xəzərdə mübahisəli yataqlar məsələsinin tənzimlənməsi, enerji sahəsində birgə layihələr olub. Hər iki ölkə rəsmi KİV-in qiymətləndirmələrinə görə, danışıqların yekunları prinsipial razılaşmanın əldə olunmasından xəbər verir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm