• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Fazil Məmmədov: “Vergi əməkdaşları Fransada təcrübə keçəcək”

Fazil Məmmədov: “Vergi əməkdaşları Fransada təcrübə keçəcək”

Bu layihə Azərbaycanın vergi xidməti ilə Fransa və İspaniya Vergi Administrasiyaları arasında yeni əməkdaşlıqlar üçün imkanlar açacaq”.

Publika.az xəbər verir ki, bunu “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsi təqdim olunması həsr edilən tədbirdə çıxışı zamanı vergilər naziri Fazil Məmmədov bildirib. Onun sözlərinə görə, biz indiyə kimi Avropa İttifaqının dəstəyi ilə elektron auditlə bağlı bir Tvinninq layihəsini həyata keçirmişik: “O zaman mən qeyd etmişdim ki, bu, bizim gələcək əməkdaşlığımızın başlanğıcıdır. Bu gün bizim yenidən bir masa ətrafında olmağımız, yeni layihəyə başlamağımız indiyə kimi görülən işlərin, həyata keçirilən layihələrin uğurlu olmasının nəticəsidir”.

Nazir vurğulayıb ki, ümumiyyətlə, Avropa İttifaqının Tvinninq proqramları çox mühüm bir alətdir. Bu, bütövlükdə yalnız texniki yardımı ifadə etmir, eyni zamanda, bu yardımı alan ölkənin və yardım göstərən ölkənin müvafiq qurumları arasında layihə başa çatdıqdan sonra da davam edən əməkdaşlığı nəzərdə tutur. Mən əminəm ki, bu layihə Azərbaycanın vergi xidməti ilə Fransa və İspaniya Vergi Administrasiyaları arasında yeni əməkdaşlıqlar üçün imkanlar açacaq.

F.Məmmədov bu ilin mayında Parisə işgüzar səfərini də xatırladıb: “Səfər çərçivəsində mənim cənab Kristian Ekert - Fransa Respublikası Maliyyə və Dövlət Hesabları Nazirliyinin Büdcə Məsələləri üzrə dövlət katibi ilə mühüm danışıqlarım olmuşdu. Biz Azərbaycanın vergi orqanlarında çalışan əməkdaşların Fransada uzunmüddətli təcrübə keçməsi, bəzi sahələrdə qarşılıqlı təcrübə mübadiləsi aparılması ilə bağlı müəyyən razılıqlarda əldə etmişdik. Əminəm ki, bu layihə həmin razılaşmaların da həyata keçirilməsi üçün tərəflərin potensial imkanlarını reallaşdırmasına da öz müsbət təsirini göstərəcəkdir”.

O deyib ki, bu gün biz təkcə yeni bir layihəyə deyil, həm də Fransa və İspaniya Vergi Administrasiyaları kimi təcrübəli tərəfdaşlarımızla daha sıx əməkdaşlığa başlayırıq: “Bir daha vurğulamaq istərdim ki, Vergilər Nazirliyinin bu layihədən böyük gözləntiləri var. Əminəm ki, tvinninq layıhəsinə cəlb edilmiş mütəxəssislər bu layihənin uğurla başa çatması üçün əllərindən gələni əsirgəməyəcəklər və 2 il sonra biz onun həyata keçirilməsinin real nəticələrinin şahidi olacayıq. Bu baxımdan layihə tərəfdaşlarımıza, onların nümayəndələrinə layihənin gerçəkləşməsi üçün göstərdikləri səylərə görə öz təşəkkürümü bildirir və onlara gələcək işlərində uğurlar arzulayıram”.

Amid Əyyuboğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR