• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Cənub Qaz Dəhlizi” QSC-nin bir istiqrazının dəyəri 100 dollardır

“Cənub Qaz Dəhlizi” QSC-nin  bir istiqrazının dəyəri 100 dollardır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Cənub Qaz Dəhlizi” QSC-nin faizi təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınıb.

Publika.az Bakı Fond Birjasına istinadən bildirir ki, emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçiriləcək. Emissiyanın parametrlərinə gəlincə, istiqrazların dövlət qeydiyyat nömrəsi AZ2003019398, emissiyanın həcmi 101 120 000 USD, yerləşdiriləcək istiqrazların sayı 1 011 200 ədəd, bir istiqrazın nominal dəyəri 100 USD, istiqrazların tədavül müddəti 10 təqvim ili, istiqraz üzrə faiz dərəcəsi 6 ay LİBOR + 1%, faiz ödəniş dövrünün müddəti hər 6 aydan birdir. Onu da qeyd edək ki, istiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR