Rusiyanı uzunmüddətli tənəzzül gözləyir – Hesabat
Bizi izləyin

Ekopublika.az

Rusiyanı uzunmüddətli tənəzzül gözləyir – Hesabat

Rusiya iqtisadiyyatını durğunluq gözləyir.

Bu barədə Dünya Bankının federasiyanın iqtisadiyyatı ilə bağlı hesabatında qeyd edilib.

Publika.az xəbər verir ki, DB geosiyasi risklərin qalacağı halda, Rusiya Federasiyasını uzun tənəzzül gözlədiyini açıqlayıb. Bank ölkənin ümumi daxili məhsulunun (ÜDM) artım proqnozunu 0,5 faizə endirib.

DB bəyan edib ki, 2015-2016-cı illərdə Rusiya iqtisadiyyatında artımın sürəti zəif olacaq. Bu rəqəm 0,3-0,4 faiz təşkil edəcək. Bu da İqtisadi İnkişaf Nazirliyinin proqnozundan - 1,2% və müvafiq olaraq 2,3% -dən aşağı rəqəmdir.

DB-nın ekspertləri Rusiya üçün iki ssenari hazırlayıblar. Bunlardan birincisi siyasi gərginliyin davam edəcəyi və sanksiyaların sərtləşəcəyi təqdirdə Rusiya iqtisadiyyatının çətinliklə üzləşəcəyidir.

Bankın ekspertləri həmçinin alternativ optimist ssenari də hazırlayıblar. Bu ssenari özündə 2014-cü ilin sonuna qədər siyasi gərginliyin azalması, sanksiyaların qaldırılması nəticəsində iqtisadiyyatın bərpasını nəzərdə tutur. Bu halda ÜDM-in artım tempinin 2014-cü ildə 0,5 faiz, 2015-ci ildə 0,9, 2016-cı ildə 1,3 faizə yüksəlməsi proqnozlaşdırılır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm