Kommersiya obyektlərinin qiyməti düşüb – AÇIQLAMA
Bizi izləyin

Ekopublika.az

Kommersiya obyektlərinin qiyməti düşüb – AÇIQLAMA

“Bu ilin avqust ayı ərzində qeyri-yaşayış sahələri bazarında cari ilin əvvəlki ayları ilə müqayisədə ümumilikdə təklif portfelini formalaşdıran 6 seqment (mağaza, yer, xidmət, ofis, zirzəmi, sənaye) üzrə aktivlik və qiymətlər stabil qalıb”.

“MBA Consulting Group”un rəhbəri Nüsrət İbrahimov Publika.az-a açıqlamasında bildirib. O qeyd edib ki, buna səbəb yay mövsümünün bitməməsi, gəlirliyin azalması, kommersiya obyektləri bazarında aktivlik səviyyəsinin dəyişməməsi olub: “Ümumilikdə, cari ilin son üç ay ərzində qiymətlərin azalması ilə yanaşı ümumi satış portfelində təklifin sayının azalması baş verib. Digər seqmentlərlə müqayisədə təklif üzrə ən çox azalma yer və ofis seqmenti üzrə qeydə alınıb. Hesabat dövründə daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə azalma baş verib. Müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan obyektlərin sayı ay ərzində - 29.7% azalaraq 172 ədəddən 121 ədədə enib. Kommersiya obyektləri bazarında bağlanan əqdlərin sayı iyul ayında olduğu kimi, avqust ayında da 108 ədəd təşkil edib”.

İqtisadçı qeyd edib ki, satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 38%-lə “boş yer” təyinatlı sahələr malikdir (bu tip obyektlər o obyektlərdir ki, hansılar ki, təyinatı dəqiq deyil, və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər). Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 16% və 8% paya sahibdirlər: “Satışda olan ofis təyinatlı yerlərin sayı ümumi payın 5%-nə, qalan seqmentlər isə (zirzəmi, anbar, qaraj, sənaye və s.) bazarda payın 6%-nə malikdirlər.

Qeyri-yaşayış obyektlərinin orta sahəsi iyun ayı üçün 128.54 kv.m təşkil edib. Bu da öz növbəsində ötən aya nisbətən -22% azalıb. Azalmaya əsas səbəb kimi əmlak bazarında ayrıca böyük sahələrə malik tikili obyektlərinin satışa təklifin azalması ilə əlaqələndirmək olar”.

Bazarda qiymətlərdən söz açan N.İbrahimov bildirib ki, əvvəlki aylarla müqayisədə cari ilin avqust ayı ərzində kommersiya obyektləri satışı bazarında müşahidə edilən stabil dinamika orta qiymətə ciddi dərəcədə təsir etməyib: “Avqust ayı üçün bazarda orta satış qiyməti əvvəlki ay ilə müqayisədə 0.5% artaraq 3857 $/kv.m təşkil edib. Avqustda aktivliyin dəyişməz olaraq qalması, obyektlərin satışının ekspozisiya müddətinin də dəyişməz qalmasına səbəb olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında obyektlərin satış ekspozisiya müddəti 149 gün təşkil edib.

2014-cü il avqust аyındа qеyri-yаşаyış sаhələrinin аlqı-sаtqısı qiymətlərinin dəyişməməzliyi ilə yanaşı, obyektlərin icаrəsi bаzаrındа stabillik müşаhidə olunub. Bаkı şəhəri üzrə 1 kv.m qеyri-yаşаyış sаhəsinin orta icarə qiyməti 19.35 $/kv.m/ay təşkil edib. Avqust ayında qiymət indeksi ötən ilin müvafiq ayı ilə müqayisədə bərabər bənddə qərarlaşıb”.

N.İbrahimova görə, qiymətlərin son ayda dəyişməz qalması əsasən təklif portfelində seqment dəyişikliyi və bazarın ümumi tendesiyası ilə izah olunur: “Ümumilikdə son aylarda yay mövsümü ilə əlaqədar bazarda qiymətlərdə və bazarın aktivliyində azalma baş verib. Bu, avqust ayında da öz əksini tapib”.

Qеyri-yаşаyış sаhələri üzrə orta qiymət dəyişməsi seqmentlər üzrə aşağıdakı formada qeydə alınıb:

Sahələr

İyul 2014

Avq 2014

%

mağaza

4590

4426

-3.57%

yеr

3773

3500

-7.24%

xidmət

3423

3534

3.24%

оfis

2561

2545

-0.62%

zirzəmi

1020

1022

0.20%

sənаyе

670

668

-0.30%

ortа qiymət

3836

3857

0.55%

N.İbrahimov deyir ki, zonalar üzrə obyektlərin icarə qiymətlərində ümumilikdə ciddi dəyişiklik baş verməyib.

Zonalar

iyul 2014

avqust 2014

%

I zona

18.89

18.5

-2.1%

II zona

20.58

20.3

-1.4%

III zona

16.89

18.03

6.7%

IV zona

8

8.1

1.3%

ortа qiymət

19.28

19.35

0.36%

Şəhərin mərkəz hissəsi I və II zonalar üzrə obyektlərin icarə qiymətlərində nisbətən azalma, III və IV zonalarda isə nisbətən artım müşahidə edilib.

seqmentlər

iyul 2014

avqust 2014

artım/azalma, %

Mağaza

27.7

31.76

14.66

Yеr

20.76

16.68

-19.65

xidmət

21.59

20.64

-4.40

Оfis

12.7

16.1

26.94

zirzəmi

4.1

4.5

8.96

sənаyе

4.8

4.8

0.00

İqtisadçının bazarın vəziyyəti ilə bağlı yekun dəyərləndirməsinə görə, ilin əvvəlindən başlayan qiymət artımı yay fəslində, son üç ayda azalmaya meylli olub: “Son aylarda kommersiya təyinatlı daşınmaz əmlakın gəlirliyində azalmalar müşahidə edilir. 2014-cü ilin əvvəlində müşayət edilən bazar trendi ilin sonuna doğru rəqəmlərin daha yumşaq formada cərəyan edəcəyinə zəmin yaradır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm