• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“BlackBerry” “Passport” telefonlarını təqdim etdi

“BlackBerry”  “Passport” telefonlarını təqdim etdi

Kanadanın ağıllı telefon istehsalçısı “BlackBerry” pasport şəklindəki yeni telefonu təqdim edib.

Publika.az xəbər verir ki, kvadrat/kadr ekrana sahib məhsula görünüşünə görə “‘Passport” adı verilib. Dubay, London və Torontoda təqdim olunan “Passport” Kanada şirkətinin itirdiyi bazar payını qazanması üçün son çarə olaraq qiymətləndirilir. Toxunmalı ekrana baxmayaraq düyməli klaviaturadan imtina etməyən “Blackberry”nin yeni məhsulunun bazara təqdim olunan qiyməti 650 avrodur.

Kanadalı qrup ağıllı telefonlarındakı ünsiyyət və yazışma xüsusiyyəti sayəsində iş dünyasında lider mövqedədir. 2000-ci illərdə taxtından endirilən istehsalçının bazardakı payı 0.5 faiz nisbətinə düşüb.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR