Nazirlər Kabineti dəyişiklik etdi
Bizi izləyin

Ekopublika.az

Nazirlər Kabineti dəyişiklik etdi

Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi normalarına dəyişiklik edilib. Publika.az-ın Nazirlər Kabinetinə istinadən verdiyi xəbərə görə, dəyişiklik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 7 nömrəli qərarında edilib.

"Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli 155 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Normaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 7 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 51) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissədə "respublika" sözü "ölkə" sözü ilə əvəz edilsin.


2. Həmin qərarla təsdiq edilmiş "Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Normaları" üzrə:

2.1. adında "respublika" sözü "ölkə" sözü ilə əvəz edilsin;


2.2. 1 nömrəli cədvəlin adında "Respublika" sözü "Ölkə" sözü ilə əvəz edilsin”.



Gülnar Əliyeva


Oxumağa davam et
Reklam
Reklam

Gündəm