Rusiyada son proqnozlar Azərbaycana necə təsir edəcək – Açıqlama
Bizi izləyin

Ekopublika.az

Rusiyada son proqnozlar Azərbaycana necə təsir edəcək – Açıqlama

Xəbər verdiyimiz kimi, növbəti ildə Rusiyada inflyasiya proqnozlaşdırılandan yüksək olaraq, 7 faiz təşkil edəcək.

Ölkənin baş naziri Dmitri Medvedev də bu il siyasi və iqtisadi şərtlərin xeyli dəyişdiyini söyləyib.

Dünya Bankı da Rusiya iqtisadiyyatı ilə bağlı proqnozlarını mənfiyə doğru çəkib.

DB konkret geosiyasi risklərin qalacağı halda, Rusiya Federasiyasını uzun tənəzzül gözlədiyini açıqlayıb. Bank ölkənin ümumi daxili məhsulunun (ÜDM) artım proqnozunu 0,5 faizə endirib. DB bəyan edib ki, 2015-2016-cı illərdə Rusiya iqtisadiyyatında artımın sürəti zəif olacaq. Bu rəqəm 0,3-0,4 faiz təşkil edəcək. Bu da İqtisadi İnkişaf Nazirliyinin proqnozundan - 1,2% və müvafiq olaraq 2,3% -dən aşağı rəqəmdir.

Rusiyanın Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biri olduğunu nəzərə alsaq, baş verən proseslərin Azərbaycana təsirləri qaçılmaz sayılır.
İqtisadçı-ekspert Samir Əliyev Publika.az-a açıqlamasında bildirdi ki, Rusiyada inflyasiya təzyiqi getdikcə artır: "İqtisadi İnkişaf Nazirliyi 2014-cü il üzrə orta illik inflyasiya səviyyəsini 6,5%-dən 7,4%-ə qaldırmağa məcbur olub. Dünya Bankı hətta 8% həddində proqnozlaşdırıb. Rublun ABŞ dollarına məzənnəsi təkcə 2014-cü ildə 18%-ə qədər ucuzlaşaraq 32,6 rubldan 38,3 rubla düşüb. Proses belə davam edərsə, vəziyyət daha da pisləşəcək”.

Onun sözlərinə görə, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi, Azərbaycana da neqativ təsir göstərir. Xüsusən də son günlər rus məmurlarının ölkəyə axını bizim üçün yaxşı heç nə vəd etmir: “İndiki vəziyyətdə tələsmədən addım atmaq lazımdır. Hazırki məqam Rusiyaya investisiya yatırmaq üçün əlverişsiz zamandır, çünki risklər çoxdur. Buna görə də indiki mərhələdə Neft Fondunun vəsaitlərinin Rusiyaya yönəlməsinə imkan vermək olmaz".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm